Valideynlik hüququndan məhrumetmə 
xüsusi mühafizə tədbiri Türk Mülki 
Qanununun 348-ci maddəsi ilə tənzimlənir. Türk 
Mülki Qanununun 346-347-ci maddələrində 
tənzimlənən müdafiə tədbirləri uşağı qorumaq 
üçün kifayət etmədiyi halda, Türk Mülki Qanununun 348-ci maddəsinin müddəasına uyğun 
olaraq valideynlik hüququndan məhrumetmə 
barədə qərar verilməlidir. Valideynin xəstəliyi, 
uzaq yerdə olmağı Türk Mülki Qanununun 348-
ci maddəsinin birinci bəndində tənzimlənən valideynlik hüququndan məhrumetmə səbəbləridir.