Rəhimli Elgün Fəxri oğlu-DİNDİRMƏNİN EFFEKTİV TAKTİKALARI: YALAN DETEKTORU

Dindirmə hüquq-mühafizə orqanlarının
və istintaqçıların cinayətləri araşdırmaq və şübhəlilərin, şahidlərin və ya digər iştirakçıların ifadələrini toplamaq məqsədilə tətbiq etdiyi bir prosesdir. Bu proses ədalət mühakiməsi və cinayətlərin istintaqı zamanı doğru məlumatın əldə edilməsi üçün vacibdir. Dindirmə, çox vaxt

psixoloji taktikalar, sosial mühəndislik və bədən
dili analizlərinə əsaslanır. Tarixən dindirmə zamanı fiziki təzyiq və işgəncə tətbiq olunmuş, lakin müasir dövrdə bu cür metodların tətbiqi qanunla qadağan edilmişdir və etik prinsiplərə riayət etmək əsas tutulur. Həmçinin, bu məqalədə yalan detektorunun tarixi, iş prinsipi, cinayətlərin araşdırılmasındakı rolu, etibarlılığı və dünyada tətbiq edildiyi sahələr də müzakirə olunmuşdur.Müasir dindirmə metodları şəxsə təzyiq göstərmədən, onun könüllü olaraq doğru məlumat
verməsini təmin etməyə yönəlmişdir. İlk öncə
dindirmənin effektiv taktikalarından bir neçəsini
nəzərdən keçirək:
Dünya təcrübəsində effektiv dindirmə taktikaları Dindirmə istintaq prosesində əsas hərəkətlərdən biridir və dünya ölkələri bu prosesi daha effektiv, qanunvericiliyə uyğun şəkildə aparmaq
üçün müxtəlif taktikalar inkişaf etdirmişdir. Müasir dövrdə ən çox istifadə olunan dindirmə üsulları zorakılıqdan uzaq, psixoloji təsir və empatiya əsaslı metodlardır. Skandinaviya modeli. Bu model zorakı və
manipulyativ üsullardan uzaqlaşaraq, etik qaydalara əsaslanan dindirməyə keçidi nəzərdə tutur.
Norveç, İsveç, Finlandiya və Danimarka kimi
ölkələrdə geniş yayılmış modelin əsas məqsədi
ifadə verən şəxsi stres altına salmadan, könüllü
şəkildə dindirilməsidir. Skandinaviya modelinin özünəməxsus xüsusiyyətləri aşağıdakılardır:
• Empatiya və qarşı tərəfə hörmət edərək yanaşma – şübhəli şəxsə, şahidə və ya zərərçəkmişə
qarşı hörmət göstərmək;
• Açıq suallar – Cavabı “bəli” və ya “xeyr”
olan qapalı suallardan qaçılır;
• Psixoloji təzyiqdən çəkinmək – Dindirmə
zamanı manipulyativ və zoraki üsullardan istifadə edilmir;