Təcrübə baxımından əmək hüququnda ən 
çox rast gəlinən problemlərdən biri də iş 
vaxtından artıq işlərə cəlbetmədir. İş vaxtından 
artıq iş dedikdə işçinin qanunla müəyyən edilmiş 
iş vaxtından artıq işlədiyi müddət nəzərdə tutulur. Müasir iqtisadiyyatın dinamik və dəyişkən 
təbiəti iş yerlərində də iş vaxtından artıq işlərə 
olan tələbatı artırmışdır. Əksər təşkilatlar və 
müəssisələr məhsuldarlığı və istehsalın səmərəliliyini artırmaq məqsədilə işçilərini iş vaxtından 
artıq işlərə cəlb edirlər. İş vaxtından artıq iş işəgötürənin tələbi və işçinin öz razılığı ilə ola bilər. 
İş vaxtından artıq işlərə cəlbetmə bir çox 
səbəblə əlaqəli ola bilər