Rəhimli Güləbəstə Elşən qızı-XARİCİ ÖLKƏLƏRDƏ NATAMAM İŞ VAXTININ HÜQUQİ TƏNZİMLƏNMƏSİ

Natamam iş vaxtı rejiminin tətbiqi müasir dövrdə getdikcə daha da aktuallaşır.

Bu rejim əmək bazarında dəyişikliklərə uyğunlaşmaqla həm işçilər, həm də işəgötürənlərin
maraqlarını qorumağa yönəlib. Natamam iş vaxtı işçilərə iş və şəxsi həyat arasında balans yaratmağa, işəgötürənlərə isə daha çevik işçi qüvvəsi
formalaşdırmağa, işin həcminə uyğun iş saatları
təşkil etməyə imkan verir. Natamam iş vaxtına,
ya iş həyatının əvvəlində (məsələn, insanın əmək
bazarında təcrübə qazanmaq və ya təhsilini başa
çatdırmaq istəyi və s.), ya da iş həyatının axırı-
na doğru (məsələn, işçinin əmək qabiliyyətini
itirməsi, normal iş vaxtı ilə işləyə bilməməsi və ya əlavə gəlir əldə etmək istəyi və s.) üstünlük
verilir. Natamam iş vaxtının əsas xüsusiyyəti iş
müddətinin normal iş vaxtından daha qısa və könüllü seçilən iş forması olmasıdır.