Beynəlxalq hüquq varisliyi – müəyyən bir
ərazidə beynəlxalq münasibətlərə görə
sələf-dövlətin hüquq və vəzifələrinin yeni yaranan dövlətin hüquq və vəzifələri ilə fasiləli qaydada əvəzlənməsidir. Beynəlxalq hüquq varisliyi
yeni bir dövlətin yaranmasında təzahür edir. Dövlətlərin beynəlxalq hüquq varisliyi dövlətlərin
birləşməsi, parçalanması kimi məsələlərlə qlobal hüquq sisteminə, beynəlxalq münasibətlərin
tənzimetmə əsası olan beynəlxalq hüquqa əhəmiyyətli formada təsir etməkdədir.