Müasir dünyada əmək münasibətləri getdikcə daha mürəkkəb və çoxsahəli xarakter alır ki, bu da öz növbəsində əmək mübahisələrinin yaranması üçün yeni əsasların ortaya
çıxmasına səbəb olur. Mövcud tendensiyaları
nəzərə alaraq, bu istiqamətdə əmək qanunvericiliyinin rolu və onun işçi və işəgötürənlər arasında
mübahisələrin həlli prosesinə təsir göstərmə qabiliyyətinə xüsusi diqqət yetirilməsinə ehtiyac
daha da artmış olur. Nəzərə alınmalıdır ki, əmək prosesi ictimai münasibətlərlə sıx bağlıdır, yəni hər bir
əmək fəaliyyəti müəyyən ictimai münasibətlər
vasitəsilə həyata keçirilir. Beləliklə, N.Q. Aleksandrova görə bu kimi münasibətləri iki qrupa
bölmək olar. Müəllif birinci qrupa əmək üçün
zəruri olan, lakin əmək prosesində insanlar arasında birbaşa əlaqəni ifadə etməyən münasibətləri
aid edir.