Rəhimova Mələkxanım Seyfulla qızı-LAYİQLİ HƏYAT HÜQUQUNUN BAŞLANĞICI VƏ İLK ELEMENTİ – ANA SÜDÜ

İ
nsanların yaş aspektindən xüsusi kateqoriyasını təşkil edən uşaqların fiziki, psixi,

əqli, emosional baxımdan zəiflikləri valideynləri
və yaxınları başda olmaqla cəmiyyətin bütün
üzvlərindən onların müdafiəsini təmin etməyi və
qayğısına qalmağı tələb edir. Təbii ki, bu vəziyyət
onların hüquq və təminatlarının tanınması ilə
müşayiət olunur. Cəmiyyət uşaq hüquqlarını
onların sahib olduqları bütün yaşlarda tanımalı və təmin etməlidir [15, s. 34]. Uşaqların təmin
edilən ümumi hüquqlarına yaşamaq hüququ,
şəxsi təhlükəsizlik hüququ, işgəncədən azad olmaq hüququ, qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və ya cəzadan azad olmaq hüququ,
cinayətdə ittiham olunduqda yetkinlərdən ayrılmaq hüququ, tez bir zamanda mühakimə olunmaq hüququ, onların yaşına uyğun rəftar hüququ
və s. daxildir. Uşaqların xüsusi hüquqlarına isə
ad hüququ, uşağa aid məsələlərdə öz fikirlərini
bildirmək hüququ, fikir, vicdan və din azadlığı
hüququ, səhiyyə hüququ, iqtisadi və cinsi istismardan müdafiə hüququ və s. aid edilir. Bəs biz
bu xüsusi hüquqlar sırasında uşaqların, xüsusilə
körpələrin ana südünə olan hüquqlarını aid edə
bilərikmi?