Bu məqalə müəlliflərin öncədən aparılan 
araşdırmalarının məntiqi davamı olmaqla, cinayət mühakiməsinin təkmilləşdirilməsi 
və cinayət prosesində qanunun aliliyinin təmin 
edilməsi yollarının araşdırılmasıdır. Məqalə 
müəllifləri vətəndaşların hüquq və azadlıqlarının 
müdafiəsi və xüsusən, hüquqi dövlət quruculu-
ğu baxımından hər bir ölkədə güclü, müstəqil 
və neytral məhkəmə hakimiyyətinin zəruriliyini, 
bu istiqamətdə araşdırmaların aktual olduğunu vurğulayır.