Rzayeva Xədicə Vilayət qızı-ŞƏXSİ TOXUNULMAZLIQ HÜQUQUNUN BEYNƏLXALQ VƏ MİLLİ-HÜQUQİ TƏNZİMLƏNMƏSİ

Təhlükəsizlik keçmişdən bu günə qədər

bütün canlılarda olduğu kimi, insanlar
üçün də vacib olan ehtiyacdır. Abraham H. Masloun ədəbiyyata gətirdiyi ehtiyaclar iyerarxiyasına görə, təhlükəsizlik ehtiyacının fizioloji ehtiyaclardan sonra gəlməsi bu ehtiyacın fərd üçün
əhəmiyyətini göstərir.1
“Habeas corpus” prinsipinə əsaslanan şəxsi
təhlükəsizlik hüququ fərdin təhlükəsizlik hüququndan fərqləndirilir. Təhlükəsizliyi təmin
etmək üçün dövlətlərin vaxtaşırı həyata keçirdikləri bəzi tədbirlərin fərdi təhlükəsizliyə yönəlmədiyi və ya yönəlmiş olsa belə, nəzərdə tutulmuş məqsəddən kənara çıxan həddindən artıq
tədbirlərə çevrildiyi müşahidə edilir [3, s. 63]