Sadıqova Afaq Nadir qızı-AZƏRBAYCAN RESPUBLİKASINDA MİQRASİYA PROSESLƏRİNİN BƏZİ İŞTİRAKÇILARININ İNZİBATİ MƏSULİYYƏTİ

Azərbaycan Respublikasında miqrasiya

prosesləri iştirakçılarının təsnifatı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin
(bundan sonra – Miqrasiya Məcəlləsi) 5-ci
maddəsində tam və əhatəli verilmişdir. Həmin
iştirakçıların hüquqi məsuliyyəti bizim ayrıca tədqiqat işimizdə geniş araşdırıldığından, bu
məqalənin tədqiqat predmeti yalnız iki aspektdə
(yəni – hadisələrin perspektivliyi, müəyyən elm
nöqteyi-nəzərindən yanaşma) araşdırılır. Birinci aspektdə miqrasiya qanunvericiliyinə əsasən
əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri ölkəmizə dəvət edən və onların ölkəmizdə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması
prosesində iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarının və ölkəmizdə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin,
ikinci aspektdə isə əcnəbiləri və vətəndaşlığı
olmayan şəxsləri ölkəmizə dəvət etmiş, onların ölkədə müvəqqəti olması, müvəqqəti olma
müddətinin uzadılması, qeydiyyata alınması və
əmək miqrasiyası, onlara müvəqqəti və daimi
yaşamaq üçün icazələrin verilməsi proseslərində
iştirak edən təşkilati-hüquqi formasından asılı
olmayaraq idarə, müəssisə və təşkilatlar, xarici
hüquqi şəxslərin filial və nümayəndəlikləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin
inzibati məsuliyyətindən bəhs edilir.