Azərbaycan Respublikasının Miqrasiya
qanunvericiliyinə əsasən Azərbaycan
Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, Azərbaycan Respublikasına xarici ölkələrdən gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər və müvafiq dövlət
orqanları kimi, təşkilati-hüquqi formasından ası-
lı olmayaraq idarə, müəssisə və təşkilatlar, xarici
hüquqi şəxslərin filial və nümayəndəlikləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər miqrasiya proseslərinin iştirakçıları hesab
edilirlər. Milli qanunvericiliyimizdə miqrasiya
proseslərinin iştirakçıları qismində bu subyektlərə verilən bir sıra hüquqlarla yanaşı, həmin
subyektlər tərəfindən törədilən inzibati xətalara
görə onların inzibati məsuliyyətə cəlb edilməsi
ilə bağlı olan hüquq normaları da nəzərdə tutulur.