Sosial sahədə həyata keçirilən tədbirlər 
nəticə etibarilə əhalinin rifah halının 
yaxşılaşmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına yönəlmişdir. Vətəndaşların pensiya 
təminatı dövlətin mühüm sosial funksiyası-
dır. Cəmiyyətin üzvü kimi hər kəsin pensiya 
təminatına olan hüququ ümumi və xüsusi olmasından asılı olmayaraq, çoxsaylı beynəlxalq 
hüquqi sənədlərdə və milli qanunvericilikdə öz 
əksini tapdığı üçün hər kəsin bu sosial təminat 
hüququnun məzmunu bütövlükdə normativ 
hüquqi bazanın vəziyyətindən asılı olduğuna 
görə həmin hüququ təsbit edən qanunvericiliyin müasir dövrdə vəziyyətinin təhlili də çox mü-
hüm əhəmiyyət kəsb edir.