Sadiqova Nərmin Fariz qızı-AZƏRBAYCAN RESPUBLİKASININ QOŞULMADIĞI BEYNƏLXALQ TİCARƏT VƏ TRANZİTLƏ ƏLAQƏDAR KONVENSİYA VƏ SAZİŞLƏRİN PERSPEKTİVLİYİ, GÖMRÜK SİYASƏTİ VƏ İQTİSADİ İNKİŞAFA TƏSİRLƏRİNİN TƏHLİLİ

Qloballaşma proseslərinin sürətlənməsi

və regional inteqrasiyanın dərinləşməsi
beynəlxalq ticarət və tranzit sistemlərinin inkişafını daha da aktuallaşdırmışdır. Müasir iqtisadi münasibətlər çərçivəsində malların sərhədlərarası hərəkəti yalnız texniki və fiziki imkanlarla deyil, eyni zamanda normativ hüquqi
tənzimləmə mexanizmləri ilə müəyyən olunur.
Bu baxımdan, beynəlxalq konvensiyalar və sazişlər dövlətlərarası əməkdaşlığın hüquqi bazasını təşkil edərək, ticarət və tranzit axınlarının
daha səmərəli və təhlükəsiz həyata keçirilməsinə
zəmin yaradır. Bu sənədlərə qoşulma və onlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi,
ölkələrin iqtisadi sistemlərinə inteqrasiyasını və
rəqabətqabiliyyətliliyini artırmaqla yanaşı, uzunmüddətli inkişaf strategiyalarının da mühüm
tərkib hissəsidir. Bildiyimiz kimi, Azərbaycan
iri tranzit qovşaqlarının kəsişməsində yerləşir.