Azərbaycan Respublikasında xarici investisiyanın mövcud rejiminin inkişafı 
son zamanlarda diqqət mərkəzinə çevrilmişdir. 
Həmin istiqamətdə dövlət və özəl sektor tərəfindən davamlı və çoxşaxəli islahatlar həyata 
keçirilməkdədir. Xarici investisiyanın rejimi istiqamətində ölkəmizdə önə çıxan mövzular əsasən bərpaolunan enerjiyə keçid ilə əlaqədar cari  fəaliyyət, müvafiq sahədə tənzimləyici baza və 
gözlənilən islahatlardır. 
Enerji keçidinə münasibətdə bərpa olunan 
enerji sektoruna xarici investisiyaların stimullaşdırılması, həmin investisiyalar fonunda mövcud 
bürokratik maneələrin aradan qaldırılması, sərmayə qoyuluşunda şəffaflığın təşviq edilməsi və 
daha çox dövlət təminatlarının verilməsi yolu ilə 
daha əlverişli xarici investisiya rejiminin yaradılması istiqamətində dövlət siyasəti nümayiş 
etdirilir. Bununla əlaqədar 22 iyun 2022-ci ildə 
qəbul edilmiş “İnvestisiya fəaliyyəti haqqında” və 9 dekabr 2022-ci il tarixli “Dövlət-özəl 
tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının qanunları “yeni başlanğıclar” hesab edilir