Silahlı münaqişə dövründə xarici investisiyaların qorunması mövzusu son dövrlərdə əhəmiyyətli dərəcədə diqqət cəlb edir. 
Rusiya-Ukrayna, Azərbaycan-Ermənistan və digər silahlı münaqişələrin, o cümlədən bu növ 
münaqişələrdən qaynaqlanan beynəlxalq investisiya mübahisələrinin fonunda sözügedən mövzuda həm akademik [1, s. 117], həm də praktiki 
səviyyədə müzakirələr artmaqdadır. Belə ki, silahlı münaqişələr dövründə beynəlxalq investisiya sazişlərinin qüvvəsi, həmin sazişlərdə silahlı münaqişə dövrünə aid edilən xüsusi şərtlərin 
tətbiqi əsas müzakirə mövzularındandır.