Xarici investisiyanı qəbul edən dövlət (bundan sonra – qəbul edən dövlət) tərəfindən xarici
investorun (bundan sonra – xarici investor və ya
investor) subyekt kimi tanınması beynəlxalq investisiya hüququ çərçivəsində investorun hüquq
və maraqlarının qorunması üçün vacib şərtdir.
Lakin belə tanınma üçün meyarlar və prosedurlar tətbiq olunan hüquqi çərçivəyə, investisiyanın təbiətinə və həcminə, eləcə də qəbul edən
dövlətin faktiki iqtisadi və siyasi şəraitinə görə
dəyişə bilər [2, s. 50-58].Bəzi hallarda qəbul edən dövlət tərəfindən
xarici investorun subyekt kimi tanınması mübahisə doğura və ya rədd edilə bilər ki, bu da həm
investor və həm də mübahisə üzrə səlahiyyətli
arbitraj tribunalı və ya məhkəmə üçün mürəkkəb
hüquqi məsələlər və çətinliklər yaradır [3, s.181-
189].