İ
nvestisiya qəbul edən dövlət tərəfindən 
xarici investisiyalara verilən ən önəmli 
təminatlardan biri tam qoruma və təhlükəsizlik 
standartıdır (bundan sonra – “TQT standartı”). 
Təcrübədə və nəzəriyyədə bu standartın tətbiq 
dairəsi, beynəlxalq adət hüququ və humanitar hüquqla, eləcə də xarici investorlara verilən 
digər təminatlarla qarşılıqlı əlaqələrinə dair fikir 
ayrılıqları mövcuddur. Bu məqalədə TQT standartının anlayışı, tarixi, tətbiq xüsusiyyətləri və 
həmin standartın “zərərə görə kompensasiya” 
bəndləri ilə qarşılıqlı əlaqəsi təhlil edilmişdir.