Səfərov Paşa İbiş oğlu-ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİ SUBYEKTİNİN “ƏMƏLİYYAT-AXTARIŞ TƏDBİRİNİN TƏTBİQİNƏ DAİR” QƏRARINA MƏHKƏMƏ NƏZARƏTİ QAYDASINDA BAXILMASI QAYDASI VƏ MAHİYYƏTİ

Əməliyyat-axtarış tədbirlərinin (bundan

sonra – ƏAT) dairəsi “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Azərbaycan Respublikası-
nın Qanununun (bundan sonra – Qanun) 10-cu
maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur
[3]. Bu tədbirlərə aiddir:
1) vətəndaşların sorğusu;
2) soraqlaşma;
3) telefon danışıqlarına qulaqasma;
4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması;
5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;