İ
nsan hüquq və azadlıqlarını cinayətkar 
qəsdlərdən müdafiə etmək məqsədi ilə 
müvafiq dövlət orqanları tərəfindən aşkar və 
qeyri-aşkar üsullarla qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının təminatı olduqca 
zəruridir və nəzərə alınmalıdır ki, bir insanın 
hüquq və azadlıqlarını cinayətkar qəsdlərdən qorumaq üçün onun, eləcə də digər insanın hüquq 
və azadlıqlarını pozmaq özlüyündə insan hüquq 
və azadlıqlarına təminatı institutuna başlıca 
müdaxilədir. Məhz bu zərurilikdən doğan ehtiyac 
olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 
Azərbaycan Respublikasının Qanununda (bundan sonra - Qanun) “İnsan və vətəndaş hüquq 
və azadlıqlarının təminatı” institutu nəzərdə tutulmuşdur [3, maddə 4].