Beynəlxalq hüquqda dövlətlər iqtisadi imkanlarına görə müxtəlif metodlarla – iqtisadiyyatın həcmi, istehsal göstəriciləri, sosial
vəziyyət, səhiyyə və təhsilin vəziyyəti, infrastrukturun təkmilliyi və s. ilə bağlı meyarlara
əsaslanaraq təsnifatlandırılır. İqtisadi göstəricilərə görə dövlətləri qiymətləndirmək üçün
müxtəlif beynəlxalq təşkilat və ixtisaslaşmış qurumlar tərəfindən tərtib olunan reytinq siyahıları
və indekslər mövcuddur.