Səfərov Yılmaz Seyfəddin oğlu

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin «Beynəlxalq iqtisadi hüquq» ixtisası üzrə

2-ci kurs magistrantı

E-mail: [email protected]

UOT 341.1/.8

BEYNƏLXALQ İQTİSADİ HÜQUQDA DÖVLƏTLƏRİN İQTİSADİ İNKİŞAF

STATUSUNUN TƏSNİFATLANDIRILMASI ZƏRURƏTİ

Beynəlxalq iqtisadi hüquqda, xüsusilə də Dünya Ticarət Təşkilatı hüququ çərçivəsində dövlətin iqtisadi inkişaf statusu onun ümumi beynəlxalq hüquqi statusu ilə birbaşa bağlıdır. Əgər beynəlxalq hüququn digər sahələrində dövlətlərarası münasibətlərin əsası kimi BMT Nizamnaməsinin 2-ci maddəsində ifadə edilən “dövlətlərin suveren bərabərliyi” prinsipi üzrə formal bərabərlik mövcuddursa, beynəlxalq iqtisadi hüquqda suverenlik müəyyən qədər nisbi xarakter daşıyır. Bu nisbilik müxtəlif iqtisadi, sosial və siyasi tendensiyalarla əlaqəlidir. Dövlətin özlərinə məxsus sosial-iqtisadi və siyasi inkişaf vəziyyətinin, dünya iqtisadi sistemində iştirak imkanının nəzərə alınması son nəticədə qlobal iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Yüklə