Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının
doktorantı
E-mail: [email protected]
UOT 343.3
CİNAYƏT HÜQUQUNDA XULİQANLIĞIN OBYEKTİV CƏHƏTİ: NƏZƏRİ VƏ
HÜQUQİ ƏSASLAR
Xuliqanlıq cinayətinin obyektiv cəhətinin anlayışı və hüquqi mahiyyəti. Cinayət hüququ nəzəriyyəsində cinayət tərkibi ənənəvi olaraq konkret cinayət əməlini müəyyən edən qanunla müəyyən edilmiş əlamətlərin məcmusudur. Bu əlamətlər dörd elementə bölünür: cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv tərəfi. Obyektiv cəhət cinayətin real dünyada zahiri ifadəsini nəzərdə tutur. Buraya cinayət törətmiş şəxsin davranışı, belə davranışın törətdiyi nəticələr, əməllə nəticə arasında səbəb-nəticə əlaqəsi, habelə cinayət qanunvericiliyi ilə hüquqi əhəmiyyət kəsb edən digər hallar daxildir [2, s. 47].