Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) I Bölməsi “Cinayət qanunu” adlanır. Cinayət qanunu 
sosial tənzimetmə vasitələri ilə birlikdə şəxsiyyətlə cəmiyyət arasında baş verən təhlükəli münaqişələri cinayət-hüquqi vasitələrlə həll edir, 
insanlar arasında normal münasibətləri qoruyur. Cinayət qanunu Azərbaycan Respublikası-
nın CM-dən ibarətdir. Bu Məcəllə Azərbaycan 
Respublikasının Konstitusiyasına, beynəlxalq 
hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. Cinayət məsuliyyətini 
müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu 
məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə 
bilər (CM-in 1-ci maddəsi).