Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının doktorantı
E-mail: [email protected]
UOT 342
HÜQUQ DÖVLƏTİ PRİNSİPİNİN RƏQƏMSAL ÇAĞIRIŞLAR
QARŞISINDA SINAĞI
Hüquq dövləti prinsipi müasir konstitusionalizmin ən fundamental konsepsiyalarından biridir. Tarixi kökləri Aristotelin qanunların hakimiyyəti ideyasından başlayır, A.V.Daicinin “rule of law” doktrinasından keçir və bu gün beynəlxalq hüquq standartlarına qədər uzanır [20]. Bu prinsipin əsas mahiyyəti sadədir: dövlət hakimiyyəti özbaşına deyil, əvvəldən müəyyən edilmiş, hamıya bərabər tətbiq olunan, məhkəmə qaydasında mübahisələndirilə bilən hüquq normaları çərçivəsində həyata keçirilir