Səmədova Nərgiz Namiq qızı

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının

“Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşması üzrə II kurs magistrantı

E-mail: [email protected]

UOT 341.9:004.738.5

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BEYNƏLXALQ TİCARƏT HÜQUQU

ÜZRƏ KOMİSSİYASININ (UNCITRAL) FƏALİYYƏTİ ÇƏRÇİVƏSİNDƏ

ELEKTRON KOMMERSİYANIN BEYNƏLXALQ HÜQUQİ TƏNZİMLƏNMƏSİ

XX əsrin 90-cı illərindən başlayaraq elm və texnologiyanın sürətlə inkişafı dövlətlər arasında iqtisadi münasibətlərin, xüsusilə də kommersiya, ticarət və onlarla bağlı digər münasibətlərin yeni formalarının meydana gəlməsi ilə nəticələnmişdir. Xüsusilə inkişaf tendensiyaları telekommunikasiya sahəsində, qlobal şəbəkələrdə və rabitə texnologiyalarında özünü göstərdiyi üçün, bu vasitələrlə həyata keçirilən əməliyyatların beynəlxalq tənzimlənməsi zərurəti yaranmışdır. Beynəlxalq kommersiyanın yeni formalarının inkişaf etməsi və qarşılıqlı əməkdaşlıqla bağlı münasibətlərin tənzimlənməsi zərurətinin meydana gəlməsi beynəlxalq iqtisadi hüququn uyğunlaşdırılması ilə nəticələnmişdir ki, bu da özlüyündə beynəlxalq təşkilatların fəaliyyəti olmadan təsəvvür edilə bilməzdi. Elektron kommersiya ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış normativ baza ayrı-ayrı dövlətlərin milli qanunvericilik sistemləri üçün əsas hüquqi çərçivə olmuşdur. Bu gün bir çox dövlətlərin, həmçinin Azərbaycan Respublikasının milli qanunvericilik sistemində də bu hüquqi çərçivələr əsasında elektron kommersiya fəaliyyəti ilə bağlı ayrı-ayrı qanunlar qəbul edilmişdir.

Yüklə