Səmədzadə Ruhanə Səməd qızı-ƏDALƏT MÜHAKİMƏSİNİN HƏYATA KEÇİRİLMƏSİNİN KONSTİTUSİON PRİNSİPLƏRİ

Beynəlxalq təcrübə göstərir ki, ölkələrdə
hüquqi dövlət quruculuğu yalnız müstəqil məhkəmə hakimiyyətinin mövcud olduğu təqdirdə mümkündür. Çünki hüquqi dövlətin əsas prinsiplərindən biri də demokratik prinsiplərə uyğun olaraq formalaşmış məhkəmə hakimiyyətinin müstəqilliyidir.Prinsip latın sözü (prinsipum) olub, əsas başlanğıc, rəhbər ideyalar mənasında işlədilir. Ümumhüquq nəzəriyyəsində prinsipə hüququn

məzmununu və mahiyyətini, onun daxili quruluşunu, gələcək inkişafını xarakterizə edən əsas
ideya, istiqamətverici başlanğıc kimi anlayış verilir [7, s. 82].
Hüququn prinsiplərini onların bütün hüquq
sisteminə (ümumi prinsiplər) və ya bir neçə
sahəyə (sahələrarası prinsiplər), yaxud bir sahəyə
(sahəvi prinsiplər) şamil edilməsindən asılı olaraq təsnifləşdirirlər.