XVIII əsrdə Azərbaycan Səfəvi dövləti 
daxili çəkişmələr nəticəsində zəiflədiyindən Rusiya və Osmanlı dövlətlərinin işğalçı 
yürüşlərinə məruz qalmışdır. Daxili çəkişmələr 
və xarici müdaxilələr nəticəsində Səfəvilər 
dövləti 1736-cı ildə süquta uğradı. Əfşar tayfasından olan Nadir şah (1736-1747) hakimiyyətə gəldi. Nadir şahın öldürülməsindən sonra 
onun yaratdığı Əfşarlar dövləti də dağıldı və 
Azərbaycan ərazisində müstəqil və ya yarımmüstəqil dövlətlər – xanlıqlar və sultanlıqlar yarandı. 
Bununla, Azərbaycan tarixində yeni bir dövr 
– xanlıqlar dövrü başladı. Bu dövr XVIII əsrin 
ikinci yarısı – XIX əsrin birinci rübünü əhatə 
edir.