Azərbaycan Respublikası Cənubi Qafqaz 
dövlətləri arasında xüsusi geosiyasi 
mövqe tutur. O, “nəqliyyat dəhlizi” statusuna 
malikdir, Xəzər hövzəsinin enerji ehtiyatlarının 
Mərkəzi Asiyadan Avropaya nəqli üzrə strateji 
körpüdür, böyük təbii ehtiyatlara, xüsusilə də 
neft və qaz yataqlarına malikdir. Son zamanlar Azərbaycan öz iqtisadi potensialını xeyli 
gücləndirib, siyasi nüfuzunu yaxşılaşdırıb və 
beynəlxalq aləmdə öz maraqlarını daha inamla 
müdafiə etməkdədir.