Hüququn mənbələri dedikdə hüquq normalarının xarici ifadə formaları başa 
düşülür. Ümumilikdə, hüququn mənbəyi hüquq 
normalarının rəsmi ifadə forması və təsbit 
edilməsi kimi, yaxud ümumməcburi qaydalarda öz ifadəsini tapan dövlət iradəsinin təzahür 
üsulları, yaxud davranış qaydalarına dövlətin 
məcburi qüvvəsinin verilməsi kimi anlaşılır [1].