BMT sistemi mədəni irs obyektlərinin qanunsuz dövriyyəsinə qarşı əməkdaşlığın 
universal xarakter kəsb etməsini şərtləndirir. 
Əlbəttə, bu sistem əsas orqanlarla yanaşı, fəaliyyət sferasına mədəni irs obyektlərinin qanunsuz dövriyyəsi ilə mübarizənin də daxil olduğu köməkçi orqanlardan ibarətdir. Mədəni 
irs obyektlərinin qanunsuz dövriyyəsinə qarşı 
mübarizədə BMT sistemi əsasən tənzimləyici 
və normayaradıcılığı funksiyalarını yerinə yetirir [10, s. 114]. Bu sistem çərçivəsində BMTnin əsas orqanlarının əməkdaşlıq istiqamətində 
qəbul etdiyi aktlar (hüquqi qüvvəsindən asılı 
olmayaraq) mühüm əhəmiyyət kəsb edir.