Hüquq elmində özünün təyinatı, hüquqi 
məzmunu, strukturu, qəbul olunma 
qaydası və hüquqi təsir mexanizmi baxımından oxşarlıq təşkil edən hüquqi aktların böyük 
qrupunun ifadə edilməsi üçün müxtəlif terminlərdən istifadə olunur: fərdi-hüquqi akt, hüquq 
tətbiqetmə aktı, fərdi-hüquqi tənzimləmə aktı, 
qərar və s. Bununla belə, milli konstitusiya qanunvericiliyində “qeyri-normativ hüquqi akt” 
termini rəsmi təsbitini tapmışdır. 
Maraqlı hal habelə ondan ibarətdir ki, 
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun hüquqi aktların növləri barədə 
hissəsində “fərdi hüquqi aktlar” terminindən 
ümumiyyətlə istifadə olunmur.