Vəliyev Ruslan Rəşad oğlu-eynəlxalq vergİ hüququnda QARŞILIQLI RAZILIQ PROSEDURUNUN HÜQUQİ ƏSASI

Hər hansı bir dövlətin rezidenti olan şəxs

həm ölkə daxilində, həm ölkədən kənarda əldə etdiyi bütün gəlirlərindən qanunla
nəzərdə tutulmuş qaydada və həcmdə vergilərini
ödəməyə borcludur [1, m. 73]. Əgər şəxsin
dövlət ilə hüquqi və siyasi bağlılığı vətəndaşlıq
konsepsiyası ilə əhatə olunursa, şəxsin dövlətlə
hüquqi və iqtisadi bağlığı (əlaqəsi) rezidentlik konsepsiyasını yaradır. Deməli, fiziki və
ya hüquqi şəxs olan vergi ödəyicilərinin vergihüquqi statusu, hər şeydən öncə, rezidentlik kimi
kateqoriya vasitəsilə müəyyən edilir. Şəxslərin
müəyyən bir dövlətin vergi rezidenti kimi qəbul
edilməsi, həmin dövlətin rezidentlərinin qlobal gəlirlərindən, yəni gəlirlərin həmin dövlətin
ərazisindənmi, yoxsa xaricdənmi əldə edilməsindən asılı olmayaraq, dövlətin həmin gəlirlərdən vergi tutmaq hüququnu nəzərdə tutur.