Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs magistrantı
E-mail: [email protected]
UOT 341.44:341.24:343.9
BEYNƏLXALQ XARAKTERLİ CİNAYƏTLƏRƏ QARŞI MÜBARİZƏDƏ
DÖVLƏTLƏR ARASINDA ƏMƏKDAŞLIĞIN ƏSASLARI
Müasir dövrdə sürətlə dəyişən və qeyri-sabit beynəlxalq şəraitdə dövlətlərin rifahının və inkişafının təmin olunmasında beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq əməkdaşlıq dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında ictimai münasibətlərin müəyyən bir sahəsindəki məsələlərin birgə və razılaşdırılmış şəkildə həlli məqsədilə həyata keçirilən qarşılıqlı əlaqədir. Cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq beynəlxalq münasibətlərin vacib bir sahəsi olmaqla, beynəlxalq hüquqi və daxili hüquqi qaydanı təmin edir və beynəlxalq və milli təhlükəsizliyi təşviq edir.