Xəlilov Cabir Zahid oğlu
Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti, h.ü.f.d.
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: с[email protected]
Qafarova Nərgiz Əli qızı
Bakı Slavyan Universitetinin İctimai elmlər kafedrasının baş müəllimi
Ünvan: Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, 145
E-mail: [email protected]
UOT 343.13
ANDLILAR (JÜRİ) İNSTİTUTUNUN YARANMASI: ТARİXİ-HÜQUQİ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Andlılar institutu (jury sistemi) dünya hüquq tarixində ədalət mühakiməsinin həyata keçirilməsində ictimaiyyətin iştirakı prinsipi əsasında formalaşmış ən mühüm məhkəmə mexanizmlərindən biridir. Bu institutun əsas mahiyyəti məhkəmə prosesində dövlət hakimiyyətini təmsil edən peşəkar hakimlərlə yanaşı, cəmiyyətin adi üzvlərinin də iştirakını təmin etməkdən ibarətdir. Lakin andlılar məhkəməsi birdən-birə formalaşmış hüquqi model deyildir; o, minilliklər boyu müxtəlif sivilizasiyaların ictimai-hüquqi təcrübəsinin nəticəsi kimi formalaşmışdır.