Uyğurlar qədim türk mədəniyyətinin yaradıcılarından və bu mədəniyyətin əsas 
nümayəndələrindəndir. Belə ki, Yusif Balasaqunlu, Mahmud Qaşqari kimi dahi şəxslər məhz uy-
ğur əsillidirlər. Qədim Uyğur əlifbasını və Uyğur 
sivilizasiyasını bilmədən qədim türklərin etnogenezi və etnik tərkibi ilə bağlı bir çox sualları 
cavablandırmaq mümkün olmaz. Bu kontekstdə 
Azərbaycan mütəfəkkiri Mirzə Kazımbəyin 
Uyğurların qədim tarixinə müraciət etməsini 
təsadüfi hesab etmək olmaz. Onun tarixi əsərləri 
içərisində “Uyğurlar haqqında araşdırma” əsəri 
xüsusi yer tutur. Məlum olduğu kimi, Uyğurlar dünyanın ən qədim sivilizasiyalarından biri 
hesab olunur. VI əsrin ortalarına qədər Altayın 
Yeddi Çayarası təpələri yaxınlığında öz mədəni 
inkişaf səviyyəsinə görə Orta Asiya xalqlarından 
yüksəkdə olan Uyğurların əcdadları yaşamışlar 
[2]. Mirzə Kazımbəy Orta Asiyanın Şimal xalqlarından biri olan Uyğurların bu tarixi bağlılığını 
vurğulamışdır.