Yaşamaq hüququ şəxsin öz fiziki və bioloji fərdi mövcudluğu üçün heç bir 
məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsini, 
insanın bir sosial varlıq kimi müxtəlif maddi 
və mənəvi nemətlərdən bəhrələnməsini ifadə 
edir. Hər hansı psixo-bioloji çatışmazlığa malik olub-olmamasından, habelə şəxsi-mənəvi 
keyfiyyətlərdən asılı olmadan hər bir şəxs yaşamaq hüququna malikdir.