Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının magistrantı
E-mail: [email protected]
UOT 341.24:349.6:504
AVROPA İTTİFAQINDA İQLİM DƏYİŞİKLİYİ VƏ EKOLOJİ VƏZİYYƏTİN
POZULMASI İLƏ MÜBARİZƏNİN HÜQUQİ PRİNSİPLƏRİ
İqlim dəyişikliyi və ekoloji vəziyyətin pozulması ilə mübarizənin tənzimlənməsi hazırda Avropa İttifaqının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətin hüquqi əsasını Avropa İttifaqının qəbul etdiyi aktlar (xüsusən də direktivlər) təşkil edir. Avropa İttifaqının yeni və mürəkkəb sferası kimi Avropa ətraf mühit hüququ bir sıra xüsusiyyətlərlə unikaldır. Yalnız 1986-cı ildə Vahid Avropa Aktı iqlim dəyişikliyi ilə bağlı fəaliyyətləri, iqlim dəyişikliyi və onun aradan qaldırılması məsələlərini Avropa İttifaqının qanunvericiliyinə daxil etdi. Avropa ekoloji hüququnun inkişafı təbii sərvətlərin idarə edilməsi və təbiətin mühafizəsinin kompleks problemlərinin həllinə optimal yanaşmaların təmin edilməsi ilə xarakterizə olunur. Avropa İttifaqı ekoloji təhlükəsizliyin hüquqi tənzimlənməsini daha təhlükəsiz və səmərəli etmək üçün daim yeniliklərlə çıxış edir.