Məhkəmə təcrübəsi Azərbaycan hüquq 
sisteminin ən vacib elementidir. Normativ və elmi mənbələrə müraciət etsək, görə 
bilərik ki, hüquqi ədəbiyyatda və qanunvericilikdə məhkəmə təcrübəsinin ümumi olaraq 
nəyi başa düşməli olduğuna dair vahid fikir 
yoxdur. Bəzi alimlər hesab edirlər ki, məhkəmə təcrübəsi bütün səviyyələrdə olan məhkəmələrin qərarlarının məcmusundan başqa 
bir şey deyil, digərləri isə bu anlayışı daha dar mənada, yalnız ali məhkəmələrin qərarları və 
izahatları ilə məhdudlaşır. Əgər məhkəmə təcrübəsinin yalnız Azərbaycan Respublikası Ali 
Məhkəməsinin Plenumunun qərarları olduğunu fərz etsək, onda aşağı məhkəmələr tərəfindən qəbul edilən məhkəmə qərarları nədir? Biz 
hesab edirik ki, məhkəmə təcrübəsi konkret 
işlər üzrə qərarlardan tutmuş məhkəmə təcrübəsinin nəzərdən keçirilməsinə qədər müxtəlif 
formalarda ifadə oluna bilər. Qeyd olunan məlumatlar göstərir ki, “məhkəmə təcrübəsi məhkəmələrin qərarları formasında fəaliyyətinin nəticələrinin məcmusudur və bu, konkret işlərdə 
və ya kateqoriyalar üzrə mövcud qanunvericiliyin şərhi və istifadəsi sahəsində toplanmış və 
məhkəmə aktlarında təsbit edilmiş təcrübəni 
ifadə edir” [1, s. 90].