Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının doktorantı
E-mail: [email protected]
UOT 340.130
MİLLİ HÜQUQ MƏNBƏLƏRİNİN NİSBƏTİ
Milli hüquq sisteminin təhlili təsdiqləyir ki, bu sistem müxtəlif hüquqi hadisələrin və proseslərin mürəkkəb uzlaşması ilə xarakterizə olunur. Öz növbəsində milli hüquq sisteminin əsas elementlərindən biri olan hüquq mənbələri sisteminə müxtəlif tərkiblilik və çoxsəviyyəlilik kimi keyfiyyətlər aiddir. Azərbaycanın hüquq sistemində çoxsaylı hüquq mənbələrinin yer alması, ictimai münasibətlərin dinamikası ilə seçilən hazırki dövrün tələblərinə uyğun olan müvafiq hüquqi anlamın formalaşmasını nəzərdə tutur. Bu hüquqi anlam ilk növbədə insan və vətəndaşın təbii və ayrılmaz hüquq və azadlıqlarının tanınmasına və hüquqi təminatına əsaslanmalıdır. Bununla belə, milli hüquq sisteminə daxil olan fərqli hüquq mənbələrinin nisbəti məsələsi elmi dairədə lazımi səviyyədə araşdırılmamışdır. Halbuki hüquq mənbələrinin dəqiq nisbətinin mövcudluğu milli hüquq sistemini formalşdıran sistemyaradıcı faktorlardan biri hesab olunur.