Yusifov Şükür Məhəmməd oğlu-NİKAHDANKƏNAR DOĞULAN UŞAQLAR QANUN ÜZRƏ VƏRƏSƏLİYİN SUBYEKTİ KİMİ

Nikahdankənar doğulan uşaqlar və onların mülki-hüquqi statusu cəmiyyətin
müxtəlif sahələrində sosial və hüquqi müzakirələrə səbəb olan bir məsələ olaraq gündəmdə qalmaqdadır. Bəhs edilən uşaqların hüquqları,

onların təhsili, psixoloji inkişafı və cəmiyyətə
inteqrasiyası kimi məsələlər həm fərdi, həm də
ictimai baxımdan vacib əhəmiyyət kəsb edir.
Sözsüz ki, nikahdankənar doğumların artan sayı
müasir cəmiyyətdə bu fenomendən qaynaqlanan
problemləri də, öz növbəsində, aktuallaşdırır. Bu
məqalə nikahdankənar doğulan uşaqlara qarşı
olan hüquqi yanaşmaları milli və beynəlxalq qanunvericilik səviyyəsində araşdırmağa yönələcəkdir.Hələ Roma hüququnda nikahdankənar doğulan uşaqların hüquqları və onların ailə münasibətlərindəki mövqeyi xüsusi bir yer tuturdu.