Yusubov Şirastan Temur oğlu, Quliyev Emin Bəbiroviç-BİLAVASİTƏ DEMOKRATİYANIN İSVEÇRƏ MODELİ VƏ BİLAVASİTƏ DEMOKRATİYA İNSTİTUTLARININ MÜQAYİSƏLİ TƏHLİLİ

İ

sveçrə dünyanın yeganə ölkəsidir ki, burada keçirilən referendumların sayı 600-
dən yuxarıdır. İsveçrənin bilavasitə demokratik
modelinin tətbiqi praktikada sübuta yetirilmiş-
dir ki, bu ölkədə xalqın ardıcıl şəkildə siyasi
hakimiyyətlə qarşılıqlı olaraq bilavasitə demokratik institutların tətbiqi ilə xalqın nəinki öz iradə
və rəyini hər bir məsələyə bildirməklə siyasi
fəallığını saxlamış, eləcə də xalq hakimiyyətinin
rıçaqlarını maksimum möhkəmləndirmişdir.
Bunun ardıcıl davamı olaraq dövlət hakimiyyət
orqanları öz fəaliyyətini və bir çox qərarları
xalqın birgə iştirakı və onların iradəsinə uyğun
şəkildə qəbul etmək məcburiyyətində qalır.