Zərbiyeva-Babazadə Fatimə Qədir qızı-İXTİSASLAŞDIRILMIŞ MƏHKƏMƏLƏR: BEYNƏLXALQ TƏCRÜBƏ VƏ MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCANDA YARADILMA İMKANLARI

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanının
3.1-ci bəndində sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha
dərin hüquqi bilik və təcrübəsi olan hakimlər
tərəfindən baxılmasını təmin etmək məqsədilə
vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti
ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair müvafiq tapşırıq və tövsiyələr öz
əksini tapmışdır. Həmin Fərmandan da göründüyü kimi, Azərbaycanda yeni və ixtisaslaşdı-
rılmış məhkəmələrin yaradılması davamlı sosial-iqtisadi inkişaf fonunda iqtisadiyyat, vergi,
sahibkarlıq sahəsində mövcud münasibətlərin
hüquqi tənzimlənməsi zərurətindən irəli gəlir.
Bu baxımdan, Azərbaycanda mövcud ixtisaslaşdırılmış məhkəmələrin fəaliyyət dairəsi və bu
qəbildən yeni məhkəmələrin yaradılma imkanları ilə bağlı digər ölkələrin təcrübəsinə, yaradılmanın konstitusion hüquqi əsasına nəzər salmağı
labüd hesab edirik.