Beynəlxalq miqrasiya hüququnun müasir beynəlxalq hüquq sistemində yeri 
və mahiyyəti ilə bağlı elmi dairələrdə mövcud 
fikirlər birmənalı deyildir. Bu kontekstdə əsas 
elmi mübahisə doğuran tendensiya beynəlxalq 
miqrasiya hüququnun müasir beynəlxalq hüququn ayrıca sahəsi olub-olmaması ilə bağlıdır. 
Bəzi müəlliflər beynəlxalq miqrasiya hüququnu 
müasir beynəlxalq hüququn müstəqil sahəsi, 
digərləri isə yarımsahəsi və ya alt-sahəsi hesab 
edirlər.
Professor A.N. Vleqjanin yazır ki, beynəlxalq 
hüququn hər hansı müstəqil sahəsi ilk növbədə 
müəyyən bir sahədə beynəlxalq hüquq subyektləri 
arasında münasibətləri tənzimləyən konvension 
mənbələr tərəfindən təqdim olunan və müvafiq 
prinsiplərin mövcudluğu ilə xarakterizə olunan üquq normalarının məcmusu kimi başa düşülür 
[6, s. 45].