Zeynalova-Sultanova Natəvan Azər qızı

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin doktorantı

E-mail: [email protected]

UOT 341

BƏYNƏLXALQ MİQRASİYA VƏ İNSAN

HÜQUQLARI PROBLEMİ

İnsan hüquqlarının müdafiəsi kontekstində beynəlxalq miqrasiyanın hüquqi tənzimlənməsi müasir beynəlxalq miqrasiya hüququnun həm nəzəri, həm də praktiki məsələlərindəndir. Ona görə də bu mövzunun müasir beynəlxalq hüququn həm insan hüquqları sahəsi, həm də beynəlxalq miqrasiya hüququ alt sahəsi çərçivəsində təhlil edilməsini məqsədəmüvafiq hesab edirik.

Professor N. N. Zinçenko yazır ki, beynəlxalq hüququn yeni alt sahəsi olan beynəlxalq miqrasiya hüququnun formalaşması müasir şəraitdə əhalinin xarici miqrasiyası ilə bağlı beynəlxalq vəziyyətin inkişafından, habelə beynəlxalq hüquq elminin vəziyyətindən, onun sahələri, institutları, prinsipləri və standartları haqqında baxış və konseptual fikirlərdən asılıdır [5, s. 10]. Bu mənada hesab edirik ki, beynəlxalq miqrasiya məsələlərinin inkişafı beynəlxalq hüququn müstəqil sahəsi olan insan hüquqlarının inkişafı ilə sıx bağlıdır.

Yüklə