Azərbaycanda müstəqillik dövrünün ilkin
mərhələsi demokratik seçki sistemi formalaşması, bu tarixi mərhələdə prezident, parlament və bələdiyyə seçkiləri keçirilməsi ilə yadda
qalmışdır.
Azərbaycan SSR-də prezidentlik institutu
1990-cı il mayın 18-də təsis edilmişdir. İlk prezident Ali Sovet tərəfindən 5 il müddətinə seçilmişdi.
“Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında” 26 iyun 1991-ci il tarixli Qanunda prezidentin səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında respublika
vətəndaşları tərəfindən seçilməsi nəzərdə tutuldu.