Cinayət əməlinin sosial təhlükəliliyi, cinayət törətmiş şəxsin və ya işdə maraqlı olan digər şəxslərin cinayətkar psixologiyası,
cinayətin təşkilinin xüsusiyyətləri, habelə cinayət
prosesinin gedişində ortaya çıxan bəzi məsələlər
cinayət törədildikdən sonra cinayət prosesinin
iştirakçılarına və onların yaxın qohumlarına qar-
şı qeyri-qanuni təsir göstərilməsi ilə nəticələnə
bilir. Belə ki, mütəşəkkil cinayətkarlıq xüsusi
sosial təhlükəliliyi və cəmiyyətə vurduğu ziyanla səciyyələnir.