Abberin Nüşabə Ramiz qızı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlinin tabeliyində

Dövlət Sosial Müdafiə Fondunun hüquqşünası, Bakı Dövlət Universitetinin doktorantı

Ünvan: Bakı şəh., Nərimanov r., Qarabağ k., 68, AZ1069

E-mail: [email protected]

UOT 341.24

BEYNƏLXALQ HÜQUQUN ÜMUMTANINMIŞ PRİNSİPLƏRİ XÜSUSİ

ŞƏXSLƏRİN MÜLKİYYƏT HÜQUQUNUN MƏHDUDLAŞDIRILMASININ

(BEYNƏLXALQ SANKSİYALARIN TƏTBİQİNİN) ÜMUMİ ƏSASI KİMİ

Mülkiyyət hüququnun məhdudlaşdırılmasının forması kimi sanksiyaların tətbiq olunduğu şəxslərin dairəsi genişdir. Bu dairəyə dövlət və onun ayrı-ayrı qurumları, habelə dövlət və onun ayrı-ayrı qurumları ilə müxtəlif fəaliyyət sahələri üzrə müəyyən əlaqədə olan xüsusi şəxslər daxil ola bilir. Beynəlxalq sanksiyaların tətbiqinin nəticələri və ya bu barədə qəbul edilən qərarlar yalnız ümumi beynəlxalq hüquq sahəsinə deyil, həm də beynəlxalq xüsusi hüquq münasibətlərinə, onların subyektlərinə təsir edir [13, s. 177]. Bu, beynəlxalq münasibətlərin sistemli tənzimetmə əlaqəsindən meydana gəlir [8, s. 7]. Xüsusi şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılması mahiyyət etibarilə beynəlxalq hüquqa qarşı cinayətlərin qarşısının alınmasına yönəlməklə beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Bu halda əsas məqsəd cəzalandırma deyil, mütənasibliyin, yəni beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində pozuntunun dayandırılması (çəkindirmə qaydasını təmin etmək) çıxış edir. Beynəlxalq Hüquq Komissiyası özünün Sanksiyaların hüquqauyğun tətbiqi layihəsində qeyd etdiyi kimi, məhdudlaşdırma ilə bağlı “sanksiyalardakı tələb onların müvəqqəti olması və geri götürülməsidir” [26, s. 135–136].

Yüklə