Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ
UNESCO kafedrasının doktorantı
E-mail: [email protected]
UOT-341.49
BEYNƏLXALQ HÜQUQA QARŞI CİNAYƏTLƏRİN TÖRƏDİLMƏSİ HALINDA TƏTBİQ EDİLƏN SANKSİYA QANUNVERİCİLİK SİYASƏTİ
Beynəlxalq cinayətlərin törədilməsi halında dövlətlərin aktivlərinin dondurulmasının müsadirəsinin, həmçinin onun müvafiq siyasətində iştirak edən şəxslərin əmlakının sanksiyalara məruz qoyulmasının ümumi beynəlxalq hüquqi əsası (2001-ci il Dövlətlərin beynəlxalq hüquqa zidd davranışına görə məsuliyyəti üzrə Maddələr; İnsan hüquqları və əsas azadlıqların müdafiəsi üzrə 1950-ci il Avropa Konvensiyasının 1 saylı Protokolu, m. 1) ilə bərabər, eyni zamanda daxili qanunvericilik aktının olması xüsusi əhəmiyyət kəsb edir. Həm çoxtərəfli sanksiya rejiminin daxili hüquqa implementasiyası üçün, həm də tək-tərəfli məhdudlaşdırıcı tədbirlər üçün sanksiya qanunvericiliyinə ehtiyac yaranır [6,s.58]. Xüsusən də beynəlxalq cinayət hüququnun inkişafına uyğun olaraq beynəlxalq cinayətlərin qarşısının alınmasında xüsusi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bərabər əlavə tədbirlərə də ehtiyac duyula bilir.