Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Post-konflikt
Ərazilərin Bərpası Elmi Mərkəzi”nin kiçik elmi işçisi, İqtisadiyyat İnstitutunun doktorantı
Ünvan: Bakı şəhəri, H.Cavid pr., 115
E-mail: [email protected]
UOT 339.732
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ÜÇÜN İNVESTİSİYA MƏNBƏLƏRİ:
FARS KÖRFƏZİ ÖLKƏLƏRİNİN TİMSALINDA
Müasir dünyamızda investisiya cəlb olunması olduqca ciddi problem olaraq qalmaqdadır. Belə ki, xarici investorların əksəriyyəti yalnız çox böyük fayda əldə edəcəkləri təqdirdə sərmayə qoymağa həvəsli olurlar. Region siyasi cəhətdən qeyri-sabit olduqda isə, bu iş demək olar ki, mümkün olmur. Bu baxımdan Azərbaycanın post-konflikt ərazilərinə investisiya cəlb olunması özlüyündə çox mürəkkəb bir məsələdir.