Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və
məhkəmə ekspertizası” ixtisası üzrə II kurs magistrantı
E-mail: [email protected]
UOT 343.13
“ÇƏKİŞMƏ” VƏ “İNKVİZİSİYA” CİNAYƏT-PROSEDUR MODELLƏRİ:
MÜQAYİSƏLİ-HÜQUQİ TƏHLİL
Cinayət mühakimə icraatının əsas vəzifələrindən biri cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Cinayət törətmiş şəxsin cəzasız qalması və ya əksinə, təqsirsiz və günahsız şəxs barəsində cəza tətbiq olunması hamı üçün narahatlıq doğuran bir məsələdir.